Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Aşağı ətrafların aterosklerozu

Daha çox 40 yaş üstü şəxslərdə və əksərən kişilərdə görülən Aşağı ətrafların aterosklerozu (işemiyası) — əsasən bud arteriyasının daralması zamanı baş verir.

Əlamətlər :
  • ayaqda ağrılar
  • ayaqlarda ağırlıq hissi
  • əzələlərdə atrofiyalaşma
  • ayaq əzələlərində sıxılma
  • ayaq dərisinin rəngi avazıması
  • ayaq barmaqlarında göyərmələr
  • ayaqlarda trofik zədələnmələr, yaralar və qanqrena
  • ayaqların temperaturu bədən temperaturundan aşağı olması

Risk qrupuna daxil olan şəxslər: yüksək arterial təzyiq xəstələri, şəkərli diabet xəstələri, lipid mübadiləsinin pozulması baş verən şəxslər

- Uzman Dr. Cabir GÜLMALIYEV

Daha çox gecələr başlayan ağrı, ayağı çarpayıdan salladıqda sakitləşir. Ağırlaşmalar zamanı xəstə dayanmadan 10 metr məsafəni gedə bilmir. Axsama əvvəl bir ayaqda, sonra hər iki ayaqda baş verir.

Aşağı ətrafların aterisklerozu zamanı angioqrafiyanın nəticələrinə əsasən onların obliteriyası qeydə alınır. Ətrafların ağır dərəcəli və ya kritik kəskin işemiyası hallarında, ətrafların xilas edilməsi məqsədilə təxirəsalınmaz cərrahi müdaxilə tələb oluna bilər.

Ətrafların kəskin işemiyasının təcili müalicəsi üçün 4 müxtəlif yanaşma mövcuddur: antikoaqulyasiya, perkutan müdaxilə, cərrahi revakulyarizasiya və amputasiya.