Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Şahdamar (karotid) tıxanıqlığı

Şahdamar tıxanıqlığı hansı ki, buna darlıq da deyə bilərik - damar sərtliyindən və ya damar kirəclənməsindən yaranır. Daha çox 50 yaş üstü və şəkər xəstəliyi olan, yüksək təziqi olan və siqaret çəkən şəxslərdə rastlanmaqdadır.

Karotid yəni şahdamar boynumuzun hər iki tərəfində yerləşən və beynimizə qan daşınmasını təmin edən arteriyadır. Beynimizin ehtiyac duyduğu qanın böyük bir hissəsini daşıyan karotid arteriyanın tıxanmasının və ya daralmasının ən vacib səbəbi aterosklerozdur.

Karotid arteriyadakı qan axını kritik səviyyədə aşağı düşərsə, beynin qidalana bilməməsinə, bu isə nəticədə insulta səbəb ola bilər.

Həmçinin damar daraldığı zaman beyinə tromb gedə bilər və aşağıdakı əlamətlər meydana gələr:
  • Qol və ayaqlarda insult
  • Gözlərdə qısamüddətli qaralma
  • Üzdə və ya qolda keyimə, iynələnmə və ya gücsüzlük hissi
  • Danışığın pozulması, danışılanı eşitməmə və başa düşməmə
  • Beyinə tromb atılmamışdan əvvəl keçməyən baş gicəllənməsi

Əgər şahdamarda daralma >50% olarsa damarın açılması mütləqdir. Müalicə darlığın əməliyyatla və ya stent yerləşdirilərək açılmasından ibarətdir. Daha yüngül hallarda dərman müalicəsi ilə problemi aradan qaldırmaq mümkündür.