Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Aortanın koarktasiyası

Qanı orqanizmə daşıyan ən böyük damarımız aortada daralma olarsa, bu Aorta koarktasiyası olaraq bilinməkdədir. Daralma adətən başa və qollara gedən damarların aortadan ayrılmasından sonra görülür. Ürəkdən darlığın olduğu yerə qədər hissədə qan təzyiqi artır. Qollarda qan təzyiqi ayaqlardakı təzyiqdən yüksək olur.

Günümüzdə hər 1200-1300 doğuşda təqribən 1 koarktasiya halına rast gəlinməsi səbəbindən Aortal koarktasiya anadangələrək qüsurlarının 6-12%-ni təşkil edir.

Əlamətlər
  • Bayılma
  • Başağrıları
  • Təngnəfəslik
  • Ürəkdöyünmə
  • Qulaqlarda küy
  • Burun qanaxmaları
  • İstlik hissiyyatı (üzdə)
  • Aşağı ətrafların keyməsi və s.

Müalicə zamanı adətən klassik cərrahi üsuldan istifadə olunur. Yenidoğan körpələrdə və əksəriyyətdə ilk 3 aya qədər bu üsula üstünlük verilir. Ancaq aorta koarktasiya seqmenti qısa bir darlıqdırsa, xəstələrdə balon vulvoplastikası ilə genişləndirmək erkən yaşlarda da tətbiq oluna bilər.

Əməliyyat zamanı adətən dar olan qism çıxarılır, sağlam hissələr uc-uca tikilir. Bəzən qoldan alınmış və ya sintetik damarlarla daralmış bölgələr genişləndirilir. Çox nadir hallarda əməliyyatdan sonra darlıq təkrarlana bilər.

Əgər xəstə orta hesabla çəkisi 20-25 kq-mı keçibsə və çox uzun bir bölgədə darlıq yoxdursa stent implantasiyası ilk seçim ola bilər. Bu üsulla qasıq arteriyasından daxil olunduqdan sonra koarktasiyalı nahiyəyə darlığı açmaq üçün stent yerləşdirilir.