Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Aorta qapaq darlığı

Qanı bədənə paylayan bədənin ən böyük damarı olan Aortadır. Aorta qapaq isə sol ventrikul ilə, bədənə qan aparan ana arteriya (aorta) arasında yerləşir. Hansı ki, ürək büküldükdən sonra aorta qapağı açılır və oksigendən zəngin qan aorta atılır. Aorta qapağındakı darlıq (stenoz) ürəyin qanı bədənə pompalamasında çətinlik çəkməyə səbəb olur.

Qısacası Aorta qapaq darlığı (stenoz) dedikdə sol mədəcikdən qanın qovulmasını çətinləşdirməklə ağırlaşmalara səbəb olan patalogiya başa düşülür və 65 yaşdan yuxarı şəxslərin 1-2%-ində rast gəlir.

Yaranma səbəbləri: Revmatik xəstəliklər, Kalsifik zədələnmə, Anadangəlmə ikitaylı qapaq

- Uzman Dr. Cabir GÜLMALIYEV

Sağlam insanda aorta qapağında üç dənə yarpaqcıq olur. Anadangəlmə aorta darlığında isə aorta qapağında üç yarpaqcıq yerinə qalın və sərt bir yarpaqcıq və ya iki yarpaqcıq olur. Bəzən darlıq, qapaq altı toxumalarda ola biləcəyi kimi (subaortik stenoz), aorta qapağın dərhal üstündəki aorta damarının özündə də ola bilər.

Patalogiyanın əsas diaqnostika üsulu Exokardioqrafiyadır. Kateterizasiya müayinə üsulu əməliyyat planlanan xəstələrdə gərəklidir. Müalicə zamanı darlığın aradan qaldırılması əsas prinsipdir, bu məqsədlə süni qapaq və balon valvuloplastika həyata keçirilir. Yüksək riskli xəstələrdə transfemoral aorta qapaq implantasiyası və ya balon valvuloplastika tətbiq edilir.