Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Ürək əməliyyatından sonra diqqət edilməsi gərəkənlər?

- Yemək porsiyaları az olmalıdır.

- Bol maye. Xolesterol səviyyəsi normal olmalıdır, bol su istehlak edilməlidir.

- Pəhriz. Əməliyyatdan əvvəl və sonra da xəstəyə duzsuz, pəhriz yeməklər verilməlidir.

- Təmiz hava. Xəstənin otağı tez-tez havalandırılmalıdır, əşyaları və otağı gigiyenik olmalı və gigiyena şəraiti qorunmalıdır.

- Ürək əməliyyatı zamanı az da olsa payı olan risklər əməliyyatdan sora da pasiyenti izləyə bilər. Bunun üçün əməliyyatdan sonra olduqca diqqətli olmaq lazımdır.

- Əməliyyatdan sonra baş verən ölümlərin ən böyük səbəblərindən biri, immunitet sisteminin zəif olması və xəstənin əməliyyata dözümlü ola bilməməsidir. Əməliyyata dözə bilməməsinin səbəblərindən ən önəmlisi lazımi qayğı göstərilməməsi və müalicənin aparılmamasıdır.

- Əməliyyat sonrası xəstənin özünə gəlməsi və vitaminsiz qalmaması üçün lazımlı protein və vitaminlərin yer aldığı qidaları mütləq yeməlidir. Xəstənin mədə qıcqırması varsa, yeməkdə ədviyyat istifadə etməməyə də diqqət etməlisiniz.

- Pasiyent qatı olmayan bol tərəvəz yeməkləri yeməlidir. Xəstənin hərəkətləri məhdud olduğu üçün qatı yeməklər yedikdə qəbizlik problemləri yaşa bilər.

- İnfeksiyalardan qorunun. Ürək əməliyyatından sonra, xəstələrin klinikaya yenidən müraciət etmə səbəblərinin başında infeksiya gəlir. İnfeksiyaya yoluxan xəstələrdə, yüksək temperatura, titrəmə, əməliyyat yerində; axıntı, iltihab kimi əlamətlər görülür. Ürək əməliyyatından sonra, xəstələrin immuniteti çox zəif olur. Xəstə immunitetini gücləndirənə qədər infeksiya riskinə qarşı xəstələr özlərinə diqqət etməlidirlər.