Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Varikoz (venoz çatışmazlıq)

Damar divarının elastikliyində azalma və damarların qapaq aparatının pozulması ilə əlaqədar yaranan Varikoz genişlənmiş damarlar – 20-25% qadınlar və 10-15% kişilərin əziyyət çəkdiyi ortaq problemdir.

Varikoz zamanı venaların elastikliyi azalır, nəticədə onlar dartılaraq ayrı-ayrı hissələrdə əhəmiyyətli dərəcədə genişlənir və venoz düyünlər əmələ gəlir. Genişlənmiş damarlarda qanın axın sürəti də azalaraq trombların əmələ gəlməsinə şərait yaradır.

Varikozun inkişafına təkan verən səbəblər :
  • Artıq çəki
  • Genetik meyillilik
  • Hamiləlik, hormonal pozğunluqlar və s. xəstəliyin inkişafına şərait yaradır
  • Cinsi mənsubiyyət – kişilərə nisbətən qadınlar 1,5-2 dəfə daha çox bu xəstəlikdən əziyyət çəkirlər
  • Az fiziki aktivlik (uzun müddət ayaq üstə durmaq, oturaq iş tərzi, ağır yüklərin qaldırılması,hündür dabanlı ayaqqabıların geyilməsi, aşağı ətraf əzələlərinin hərəki aktivliyinin azalması və s.)

Genişlənmiş damarların formasından asılı olaraq varikozun müalicə üsulları da dəyişir. İri damar genişlənməsi varsa, lazer əməliyyat yolu ilə aradan qaldırılır. Xırda damarlar varsa, bu zaman effektli və sınanmış metod olan Skleroterapiyadan istifadə olunur.