
Ürək problemlərini dərhal hiss etmək o qədər də asan deyil. Bu səbəbdən ürəyinizi mütəmadi yoxlatdırmaq tövsiyədir!
Xüsusəndə Sinədə narahatlıq, Ürəkbulanma, qıcqırma, mədə pozulması və həmin nahiyədə ağrı, Başgicəllənməsi, Boğaz və ya çənədə ağrı, Soyuq tər, Yorğunluq, Xorultu, Ara verməyən öskürək, Ayaqların şişməsi, Aritmiya kimi əlamətlər varsa, ürək müayinəsi mütləqdir.
Kardiologiya və kardiocərrahiyyə erkən diaqnoz və erkən müalicə mərhələsi, ürək xəstəliyi səbəbiylə ölümü minimum səviyyəyə qədər endirir
Ürəyin ultrasəs müayinəsini (exokardioqrafiya) aparmaq üçün əsas göstərişlər aşağadakılardır:
Ürəkdə hər hansı bir küy eşidilərsə
Qan təzyiqinin yuxarı və ya aşağı olarsa
Adi kardioqramma zamanı dəyişiklk tapılarsa
Keçirilən ürək əməliyyatlarından sonrakı nəzarət məqsədi ilə
Xəstələrdə ürək nahiyyəsində ağrılar, tənginəfəslik olduğu zaman
Miokard infarktına şübhə olduqda habelə infarktı keçirmiş xəstələr
Anadangəlmə və ya sonradan qazanılma ürək qüsurlarına şübhə olduqda
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.