Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

Dərin nəfəs alarkən sinədə ağrı varsa...

Dərin nəfəs alarkən sinədə ağrı varsa...

Dərindən nəfəs alarkən sinədə yaranan ağrı əsasən qabırğalar, onurğa, diafraqmanın travma alması ilə əlaqəlidir.

Əgər travma almamısınızsa, yaranan bu ağrı aşağıdakı səbəblərdən ola bilər:

perikardit

nevralgiya əlamətləri

mədə-bağırsaq traktının nasazıqları

bronxopulmoner sistemin xəstəlikləri

Əksərən dərin nəfəs alma ilə yaranan sinə ağrısı aşağıdakı xəstəliklərin əlamətləri olur:

plevrit

pnevmotoraks

diafraqma absesi

ağciyər emboliyası

interkostal nevralgiya

mastopatiya (qadınlarda)

Dərindən nəfəs alarkən sinədə yaranan ağrı adətən miokard infarktı ilə əlaqəli olmur.

Ürəklə əlaqəli olan sinə ağrısı bəzi xüsusiyyətləri ilə seçilir. Əsasən bu ağrılar infarktdan öncə yaşanır. Belə hallarda ağrı sinənin ortasında hiss olunur və boyuna, eləcə də sol qola, çiyinə yayılır.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.