Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

Pilləkən çıxarkən sinə nahiyyəsində narahatlıqlar və ürək çırpınması

Pilləkən çıxarkən sinə nahiyyəsində narahatlıqlar və ürək çırpınması

Pasiyentlər arasında pilləkən çıxarkən sinə nahiyəsində göynəmə, ağrı hissi, sinədə sıxıntı, ürək çırpınması şikayəti ilə müraciət edənlər var.

Bilməlisiniz ki, pilləkən çıxarkən yaranan bu əlamətlər ciddi ürək xəstəliklərinin xəbərçisi ola bilər.

Bunun səbəbi fiziki aktivliyin artması ilə ürəyin də işinin artmasıdır. Əgər ürəyi qidalandıran koronar damarlarda hər hansı darlıq olarsa, bu özünü dediyimiz əlamətlərlə göstərəcəkdir.

Pilləkən çıxarkən yaxud fiziki aktivlikdən sonra sinə nahiyyəsində qeyd edilən əlamətlər yaranarsa, bir ürək müayinəsindən keçməyiniz məsləhətdir.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.