Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

Stent nədir və nə zaman qoyulur?

Stent nədir və nə zaman qoyulur?

Stent burulmuş bir cisimdir hansı ki, açılanda tamamilə genişlənir və tutulmuş damarı da genişləndirir. Bunun nəticəsində qanaxımını bərpa eləmiş olur. Stentlər iki qrupa bölünür: dərmanlı və dərmansız stentlər.

Əgər tək damarınızda problem var və bu damar ana damar deyilsə, quruluşu da uyğundursa, stent taxmağı tövsiyə edirik.

Ancaq hər daralmış damara stent taxılmaz!

Əgər çox damarda daralma varsa və xüsusən yanaşı diabet xəstəliyi mövcuddursa stent taxmaq əvəzinə cərrahi müalicə (AKŞ) tövsiyə olunur.

Bədənə qan daşıyan arteriya damarlarının tutulması varsa və əgər bu tutulma qısa məsafəlidirsə və bu tutulma həyatı orqanlarda geridönülməz proseslər törədə bilərsə, bu zaman stent metoduna baş vurulur.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.