



Həkim haqqında
Türkiyədə qazanılmış təcrübə, Bakıda dünya standartları.
Egey Universitetinin məzunu, İstanbulda ürək-damar cərrahiyyəsi üzrə ixtisaslaşmış Dr. Cabir GÜLMALIYEV hazırda Liv Bona Dea International Hospital-da Baş Direktorun Birinci Müavini və baş həkimidir.
→HaqqımdaKiçik kəsik
15–20
cm
Minimal invaziv ürək cərrahiyyəsi
Ənənəvi ürək əməliyyatında döş sümüyünün ortasından təxminən 15–20 sm uzunluğunda kəsik açılır. Mürəkkəb və təkrar əməliyyatlar üçün bu, ən təhlükəsiz yoldur. Uyğun pasiyentlərdə isə ürəyə daha kiçik kəsiklərlə çatmaq mümkündür — daha az ağrı və daha az qan itkisi ilə.
İcra etdiyimiz əməliyyatlar
Ürək01
Ürək02
Ürək03Minimal invaziv ürək cərrahiyyəsi
Daha az ağrı və qan itkisi
Ürək04
Ürək05
Ürək06
Ürək07Bentall
Aorta kökünün qapaqla birlikdə dəyişdirilməsi
Damar08EVAR-TEVAR
Aorta anevrizmalarının endovaskulyar müalicəsi
Rəqəmlərlə
- 5014+
- Ürək əməliyyatları
- 3153+
- Damar cərrahiyyəsi
- 50+
- Elmi məqalə
- 100%
- Pasiyent məmnuniyyəti
Pasiyent rəyləri
“
Bir neçə gündür böyük həyəcanlı günlər keçirdik ailə olaraq. Atam ürək damarlarının hamısının tutulması diaqnozu ilə xəstəxanaya yerləşdirildi. Əməliyyat olunmalı idi və böyük tərəddüd içində idik. Amma atamızı Azərbaycanın gənc və çox savadlı doktorlarına həvalə etdik. Bona Dea Hospitalının Baş həkimi, Ürək-damar cərrahı Dr. Cabir Gülmaliyev açıq ürək əməliyyatını həyata keçirdi. Allahımıza çox Şükür atamızı bizə sağ salamat geri qaytardı. Cabir doktora xüsusi təşəkkür edirəm. Bu postu yazmaqda məqsədim odur ki, artıq xəstələrinizi xaricə aparmağa ehtiyac yoxdur. Ölkəmizdə səhiyyə sahəsində artıq hər cür şərait yaradılıb. Əməliyyatda öncə Cabir doktorla bir söhbətimiz əsnasında “Doktor müvəqqəti bir şey edə bilərsinizmi? mən atamı xaricə aparım” dedim. Doktor “Biz xaricdən sizin üçün gəlmişik və xarici bura gətirmişik” dedi. Həqiqətəndə belədir. Bona Dea Hospitalda hər cür şərait yaradılıb. Həkim heyəti xaricdə təhsil almış təcrübə keçmiş həkimlərdən ibarətdir. Hər birinizin ailəsindən xəstəlik uzaq olsun. Amma belə durumlarda xaicdə təhsil alan, təcrübə keçən doktorlarımıza güvənin. Artıq bizim də savadlı və bacarıqlı doktorlarımız var. Bir daha baş həkim Cabir Gülmalıyeva və adını çəkmədiyim Hospitalın digər həkimlərinə dərin minnətdarlığımı bildirirəm. Var olun! Zəng edən, yazan, gələn bütün dostlara təşəkkür edirəm. Allah bütün valideynlərimizi qorusun.
Ali Aliyev
“
Mənim ürəyimi əməliyyat edib özümü çox əla hiss edirəm buradan Cabir doktoruma sonsuz təşəkkürümü bildirirəm ona uzun ömür can sağlığı arzulayıram.
Rafiq KazımovBakı
“
Uğurlar arzu edirəm. Əllərinizə sağlıq nə qədər yaxşı savadlı həkimlərimiz olsa o qədər insanlarımız sağlamlığına qovuşar.
Xalid QasımovSumqayıt
“
Allah qorusun. Doktor Cabir bizim fəxrimizdir. Onunla fəxr edir, qürur duyuruq.
Şəfəq TanrıverdiyevaSumqayıt
“
Var olsun xalqına belə xidmət edən doktorlar.
Almaz SeyidovaBakı
“
Sən çox çox savadlı həkim həm də yaraşıqlı bir azəri balasısan. Allah səni bəladan qorusun. Başımızın tacısan.
Natavan HüseynovaBakı
“
ALLAH salamat eləsin əllərin həmişə var olsun sizin sayənizdə həyatdıma normal qaydada davam edirəm öpürəm.
Sübhan ƏliyevBakı
“
Tanıdığım ən mükəmməl və ən humanist doktorlardan birisiniz. Allah canınızı hər zaman sağ eləsin, səsiniz hər zaman yüksəklərdən gəlsin.
İlkin Abdullayev
“
Allah sizi qorusun doktor. Yaşadığım hər günü sizə borcluyam. Dualarımız səninlədir əziz Cabir doktor.
Rafiq Novruzov
“
Cabir doktor sizi salamlayan ürəyində əməlliyat apardığınız Saima müəlimədir. Siz əvəzolunmaz həkim və laiqli oğulsunuz. Allah sizi qorusun. Siz insanlara həmişə lazımsız. Xilas etdiyiniz insanlar daim sizə alqış deyilər. Sağ olun.
Saima Aliyeva
“
Bu günümüzün və gələcək nəslin yardımçısı, sizinlə artıq Azərbaycan fəxr edir.
Yusif Hüseyinov
“
Qızıl əlli həkimim Allah sizə kömək olsun qızımız əməliyyatdan sonra özünü yaxşı his edir, sağ ol həkim.
Fəxrəddin
“
Canım doktorum həyatımı birinci Allaha, ikinci sizə əmanət etmişdim, şükürlər olsun Allaha, ilk öncə Rəbbim və sizin sayənizdə sağlamlığıma qovuşmuşdum. Allah sizin canınızı sağ eləsin.
Anonim
Ürəyiniz gözləməməlidir.
Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.