Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Ürək

Ürək qapaq cərrahiyyəsi

Ürək qapaq cərrahiyyəsi

Mədəciklərin girişində və çıxışında yerləşən və qanın bir istiqamətdə keçməsini təmin edən klapanlar – Ürək qapaqları adlanır. Qapaqlarda baş verən patologiyalar iki qrupa ayrılır: çatışmazlıq və daralma. Bəzən eyni qapaqda həm daralma həm də çatışmazlıq ola bilir. Ürəyin 4 qapağından hər hansı birinin və ya bir neçəsinin daralması və ya çatışmazlığı ürək qapaqlarının qazanılmış xəstəliklərini əmələ gətirir.

Ürək qapaqlarının qazanılmış xəstəlikləri:

Mitral çatışmazlıq və ya darlıq

Aorta qapaq çatışmazlığı və ya darlığı

Üçtaylı qapaq çatışmazlıq və ya darlığı

Pulmonar qapaq çatışmazlığı və ya darlığı

Yaranma səbəbləri:

revmatizm

kollagenozlar

endokarditlər

papillyar əzələ disfunksiyası və destruksiyası

Qapaqların çatışmazlığı qanın geri qayıtmasına səbəb olur, daralmaları isə çıxmasını çətinləşdirir. Nəticədə qapaqdan əvvəlki hissədə hipertenziya və durğunluq, qapaqdan sonrakı hissədə isə qan həcminin azalması baş verir.

Qapaq xəstəlikləri adətən hərəkət vaxtı təngnəfəslik və tez yorulma əlamətləri ilə təzahür edir. Diaqnozu dəqiqləşdirmək üçün exokardioqrafiya, ürək boşluqlarının kateterizasiyası və təzyiq ölçülməsinə ehtiyac yaranır.

Müalicədə bərpa əsas tədbirdir və bu məqsədlə valvuloplastika, annuloplastika, kommisurotomiya, mexaniki və ya bioloji qapaqlarla əvəzetmə həyata keçirilə bilər. Müalicə üsulunun seçimində xəstəliyin gedişi və xarakteri nəzərə alınır. Kəskin və ağır dərəcəli qüsurlarda əməliyyat ilk seçimdir.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.