
Aortit aortanın iltihablandığı vəziyyətdir Bu iltihab tibbi yardım tələb edən ciddi bir xəstəlikdir.
Aorta iltihabı adətən viral və ya bakterial infeksiya nəticəsində baş verir. Ürək və ya arteriyaların zədələnməsi də aortitə səbəb ola bilər.
Aortitin simptomları əsas xəstəliyin (sifilis, revmatizm, vərəm, infeksionendokardit, revmatik qızdırma, sepsis və s.) əlamətləri fonunda inkişaf edir. Aortit ilk növbədə aortanın əsas şaxələrinin qidalandırdığı orqanların işemiya əlamətləri ilə təzahür edir.
Beynin işemiyası - başgicəllənmə, baş ağrıları, görmənin pozulması, bayılmalar
Ürək əzələsinin işemiyası – stenokardiya, miokard infarktı (çox zaman ağrısız); böyrəklərin işemiyası – arterial hipertenziya
Bağırsaqların işemiyası – müsariqə damarlarının xroniki okklüziyasının əlamətləri ilə müşayiət olunur.
Həmçinin
taxikardiya, təngnəfəslik
göy öskürəyəbənzər öskürək
qarın və beldə ağrı (qarın aortasinda) xarakterikdir
döş qəfəsində sıxıcı və ya yandırıcı xarakterli ağrılar
boyun, hər iki əl, kürək sümükləri arasına, epiqastral nahiyədə ağrıları
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.