
Damar tıxanıqlığına ilkin dövrdə diaqnoz qoyulması böyük fəsadların qarşısını ala bilir.
Bu problemə işarə edən bəzi simptomları bilməyimizdə fayda var:
Sinədə ağrı
Təngnəfəslik
Baldır və budda ağrılar
Başgicəllənmə, yorğunluq
Əllərin və ayaqların soyuq olması
Ayaqda soyuqluq, solğunluq, hissiyatın itməsi
Xüsusən hərəkət zamanı olan və dincəlməklə keçən ağrı
Ayaqda damaq tıxanıqlığı səbəbindən yaranan ağrı əsasən hərəkət zamanı müşahidə edilir. Müalicə edilmədiyi və ağırlaşma mərhələsinə keçən tıxanıqlıqlarda ayaqda soyuqluq, göyərmələr və qanqren müşahidə edilir. Bəzən ödem problemi də bu şikayətlərə qoşula bilər.
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.