Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

Anevrizmaların əlamətləri nələrdir?

Anevrizmaların əlamətləri nələrdir?

Aortanın diametri arta bilər və genişlənə bilər. Biz buna tibbdə "Anevrizma" deyirik.

Aortaanevrizması döş qəfəsi və ya qarında ağrı, pulsasiya edən şişəbənzər törəmənin olması, qonşu orqanların kompressiya əlamətləri: təngnəfəslik, öskürək, disfoniya, disfagiya, üz və boynun ödemi və sianozu.

Qarın qismindəki anevrizmalara Abdominal Aorta Anevrizması deyirik. Kürək və ya qarının kənarlarında dərin ağrılar, ayaqlarda soyuqluq və uyuşuqluq formasında şikayətlər

Torasik (döş) aorta anevrizmalarında yaranan şikayətlər; çənədə, boyunda, kürəkdə və ya döşdə ağrı və ya öskürək, səs qısılması və ya tənəffüs çətinliyidir.

Periferikanevrizmalarda baş verən şikayətlər boyunda, qolda və ya ayaqda hiss edilən nəbz vuran kütlə, ağrı kimidir.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.