Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

Genişlənmiş varikoz damarları qaşımayın!

Genişlənmiş varikoz damarları qaşımayın!

Çünki genişlənmə səbəbindən dəri incəlir və infeksiya düşmə ehtimalı yüksəlir.

Varikozun ağırlaşması kimi dəridə dermatit və ekzema xəstəliklərinə tez-tez rast gəlinir. Belə halda varikoz aradan qalxmadan dəri xəstəliklərində müsbət nəticə çətin əldə edilir.

Uzun müddətdir varikozu olan xəstələrdə qanın dövr etməsinin yaxşılaşdırılması ilə yanaşı, dəri baxımına da diqqət göstərilməlidir.

Ağır əşyalar qaldırmayın

Oturarkən ayaqlarınızı bir-birinin üzərinə aşırmayın

Ayaqlarınızı soyuq suyla masaj edin. Bu, qan dövranına yaxşı təsir edəcək

Uzun müddət ayaq üstdə qalmayın, eyni zamanda saatlarla oturmaq da zərərlidir

Gündə ən az bir dəfə uzanın və hər iki ayağınızı yuxarı qaldıraraq 20 dəqiqə dincəlin

Duşdan sonra ayaqlarınıza yumşaldıcı krem çəkərək həm dərinin qidalanmasını təmin edin, həm də masaj vasitəsilə qan dövranını sürətləndirin

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.