Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

Qadınlar arasında ürək-damar xəstəlikləri niyə artır?

Qadınlar arasında ürək-damar xəstəlikləri niyə artır?

Əvvəllər daha çox kişilərdə rastlanan ürək damar xəstəlikləri son 20 ildə qadınlarda da ölümün əsas səbəblərindəndir.

Ümumiyyətlə yaş artıqca qadınlar və kişilər arasında yayılma ehtimalı eynidir. Qadınlarda ürək xəstəliyi riski menopauzadan sonra əhəmiyyətli dərəcədə artır. Yaşla bağlı risk analizində qadınlarda ürək xəstəlikləri kişilərə nisbətən daha yaşlı vaxtı rast gəldiyinə görə başqa xəstəliklər ilə qarışdırıla bilər. Ona görə də qadınlarda kardioloji müayinələrdən keçmək nisbəti daha aşağıdır. Ürək xəstəliyi diaqnozu kişilərə daha tez-tez qoyulsa da , qadınlarda bu xəstəlikdən ölüm faizi daha çoxdur.

Qadınlarda ürək xəstəlikləri əlamətləri kişilərdəki kimi aydın görünməyə bilər. Keçici sinə ağrılar, təngənəfəslik və ürəkdöyünməsi olan qadınların həkimə müraciət etməkləri vacibdir.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.