
Günümüzdə Miniinvaziv metodlarda (lazerablasiya, radiofrekans ablasiya və s.) icra edilən Varikoz cərrahiyəsi kəsiksiz, narkozsuz, praktik olaraq ağrısız icra olunur və varikoz damar termiki işlənərək bağlanılır.
Çoxları Varikoza sadəcə estetik problem kimi yanaşır. Bu cür yanaşma səhv yanaşmadır və hətta təhlükəlidir.
Varikoz xəstəliyi uzun illər müalicə olunmadıqda təhlükəli ağırlaşmalara yol açır və sonda əmək qabiliyyətinin itməsinə - əlilliyə səbəb ola bilir.
Varikozda cərrahi əməliyyat nə zaman tətbiq olunmalıdır?
Sağalmayan venoz trofiki xora -nın mövcudluğu
Yorğunluq və ödemlə müşaiyət olunan varikoz
Genişlənmiş dəraltı venoz damarların mövcudluğu
Tromboflebit (səthi dərialtı venada trombun yaranması)
Aşağı ətrafda qan dövranının pozulması (venoz qanın geri axması və ya refluks)
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.