Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

Bu şikayətlər ürəkdə problem olduğunu göstərir

Bu şikayətlər ürəkdə problem olduğunu göstərir

Ürəyimizin verdiyi siqnallara xüsusi diqqət yetirmək lazımdır. Bəzi ağıla gəlməz simptomlar ürəkdəki problemə işarə edə bilər. Məsələn;

Xroniki öskürək - Boğaz və ağciyərlərə bağlı olmayan öskürək əgər dərmanlarla kəsmirsə, o deməkdir ki, ürək-qan damar sistemi yaxşı işləmir və ağciyərləri lazımi qədər qan və oksigenlə təmin etmir.

Ödəm - Ürək qanı intensiv şəkildə dövr etdirmədikdə, qan venalarda çox qalır, durğunlaşır, ona görə ayaqlar şişir. Üstəlik ürək zəifləyəndə böyrəklər də yaxşı işləmir, bu da əl-ayaqda ödem yaradır.

İştahın azalması, ürəkbulanma - Ürək çatışmazlığı səbəbindən döş qəfəsinə artıq maye toplanması çox vaxt iştahsızlıq, qarında diskomfort, mədədə yanğı, gəyirmə, ürəkbulanma kimi simptomlar da verə bilər.

Ekzema - təəcüblü olsa da ekzema kimi dəri xəstəlikləri olan xəstələrin 48%-də yüksək təzyiq, xolesterin problemi olur.

Gecəyarı tez tez sidiyə gedirsinizsə, böyrəklərlə yanaşı ürəkdən də şübhələnin.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.