Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

Dərin venaların trombozu. Müalicə necə aparılır?

Dərin venaların trombozu. Müalicə necə aparılır?

Dərin venaların trombozu – venalarda qanın normal cərəyanına mane olan qan laxtalarının (trombların) yaranması ilə xarakterizə olunan patoloji vəziyyətdir.

Əsas şikayətlər:

ödəmlər

yerli hipertermiya

qabarmış səthi venalar

zədələnmiş ayaqda kəsici ağrılar

zədələnmiş ətrafda dəri örtüklərinin göyərməsi

palpasiyada trombun yarandığı vena boyunca artan ağrı

Dərin venaların trombozunun ən təhlükəli ağırlaşması ağciyərarteriyasının tromboemboliyası hesab olunur

Əgər böyük bir vena zədələnməmişdirsə, pasiyent müalicəsini evdə davam edə bilər.

Xəstəliyin erkən dönəmində qan durulaşdıran və laxta əritici dərman müalicəsi ilə birlikdə antiembolik corablar istifadə olunur. Ağciyər damarlarına emboliya riski daşıyan böyük venalardakı tromblarda endovaskular müalicə metodları da tətbiq ediləbilir.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.