Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

İnfeksion endokardit zamanı cərrahi müdaxilə

İnfeksion endokardit zamanı cərrahi müdaxilə

Daha çox mitral və aorta qapağında görülən infektiv endokardit daxili ürək səthi olan endokardın və ona bitişik damarların, habelə ürək klapanlarının infeksiyası və ya iltihabıdır.

Şikayətlər:

hərarət, tərləmə

bədən çəkisin azalması

sinədə ağrı, taxikardiya

ümumi zəiflik, yorğunluq

quru dəri və retinaya qanaxma

Müalicə antibiotik terapiyasından və mexanik ağırlaşmalar zamanı cərrahi müdaxilədən ibarətdir.

İnfektiv endokarditin cərrahi müalicəsi qapağın təmiri və ya dəyişdirilməsindən ibarətdir. Qapaq dəyişimi döş sümüyü açılmadan kiçik kəsik ilə icra olunur.

Ürək çatışmazlığı yaradan və ölümlə nəticələnə bilən infektiv endokarditdən əziyyət çəkən aşağıdakı pasiyentlərdə müalicə effektiv deyil və mütləq əməliyyat olunmalıdırlar:

Emboliya riski olan xəstələr

Nəzarətsiz infeksiyası olan xəstələr (daimi infeksiya, təkrarlanan qapaq endokarditi, abses, anevrizma, fistula)

Ürək çatışmazlığı olan xəstələr (xüsusilə protez, aorta və ya mitral yerli qapağı endokardit xəstələri və ağciyər ödemi yaxud kardiogen şoku olan xəstələr)

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.