Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Damar

Varikoz (venoz çatışmazlıq)

Varikoz (venoz çatışmazlıq)

Damar divarının elastikliyində azalma və damarların qapaq aparatının pozulması ilə əlaqədar yaranan Varikoz genişlənmiş damarlar – 20-25% qadınlar və 10-15% kişilərin əziyyət çəkdiyi ortaq problemdir.

Varikoz zamanı venaların elastikliyi azalır, nəticədə onlar dartılaraq ayrı-ayrı hissələrdə əhəmiyyətli dərəcədə genişlənir və venoz düyünlər əmələ gəlir. Genişlənmiş damarlarda qanın axın sürəti də azalaraq trombların əmələ gəlməsinə şərait yaradır.

Varikozun inkişafına təkan verən səbəblər :

Artıq çəki

Genetik meyillilik

Hamiləlik, hormonal pozğunluqlar və s. xəstəliyin inkişafına şərait yaradır

Cinsi mənsubiyyət – kişilərə nisbətən qadınlar 1,5-2 dəfə daha çox bu xəstəlikdən əziyyət çəkirlər

Az fiziki aktivlik (uzun müddət ayaq üstə durmaq, oturaq iş tərzi, ağır yüklərin qaldırılması,hündür dabanlı ayaqqabıların geyilməsi, aşağı ətraf əzələlərinin hərəki aktivliyinin azalması və s.)

Genişlənmiş damarların formasından asılı olaraq varikozun müalicə üsulları da dəyişir. İri damar genişlənməsi varsa, lazer əməliyyat yolu ilə aradan qaldırılır. Xırda damarlar varsa, bu zaman effektli və sınanmış metod olan Skleroterapiyadan istifadə olunur.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.