
Daha çox 40 yaş üstü şəxslərdə və əksərən kişilərdə görülən Aşağı ətrafların aterosklerozu (işemiyası) — əsasən bud arteriyasının daralması zamanı baş verir.
Əlamətlər :
ayaqda ağrılar
ayaqlarda ağırlıq hissi
əzələlərdə atrofiyalaşma
ayaq əzələlərində sıxılma
ayaq dərisinin rəngi avazıması
ayaq barmaqlarında göyərmələr
ayaqlarda trofik zədələnmələr, yaralar və qanqrena
ayaqların temperaturu bədən temperaturundan aşağı olması
Risk qrupuna daxil olan şəxslər: yüksək arterial təzyiq xəstələri, şəkərli diabet xəstələri, lipid mübadiləsinin pozulması baş verən şəxslər
Daha çox gecələr başlayan ağrı, ayağı çarpayıdan salladıqda sakitləşir. Ağırlaşmalar zamanı xəstə dayanmadan 10 metr məsafəni gedə bilmir. Axsama əvvəl bir ayaqda, sonra hər iki ayaqda baş verir.
Aşağı ətrafların aterisklerozu zamanı angioqrafiyanın nəticələrinə əsasən onların obliteriyası qeydə alınır. Ətrafların ağır dərəcəli və ya kritik kəskin işemiyası hallarında, ətrafların xilas edilməsi məqsədilə təxirəsalınmaz cərrahi müdaxilə tələb oluna bilər.
Ətrafların kəskin işemiyasının təcili müalicəsi üçün 4 müxtəlif yanaşma mövcuddur: antikoaqulyasiya, perkutan müdaxilə, cərrahi revakulyarizasiya və amputasiya.
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.