
Dərin venaların iltihabi xəstəliyi olan Tromboflebit damar boşluğunda trombun meydana gəlməsi ilə xarakterizə olunur və aşağı ətrafların varikoz genişlənmiş damarlarının ciddi bir fəsadı sayılır. Patologiya zamanı damarın divarı iltihablaşır və damarın mənfəzində tromb (qan laxtası) əmələ gəlir.
Əlamətlər :
hərəkət etməkdə çətinlik
tromblu damar boyunca kəskin travmatik ağrı
tromb olan ayaqda dəri cildində qırmızılıq və sıxlıq
bədənin hərarətinin artması (subfebril 37.5-38 dərəcələrə qədər)
Yaranma səbəbləri:
travmalar
piylənmə
irsi faktorlar
hormonal disbalans
infeksion xəstəliklər
orqanizmin susuzlaşması
qanın axma sürətinin zəifləməsi
ayaq damarlarının aterosklerozu
vena daxilinə yeridilən dərmanlar
aşağı ətrafların varikoz genişlənmiş damarları
Müalicə olunmadıqda varikozun ciddi fəsadı və tromboflebitin ağırlaşması – trofik yara meydana gəlir.
Vaxtında müdaxilə edilməmiş və ya düzgün müalicə olunmamış tromboflebit tromboemboliyaya səbəb ola bilər. Tromboemboliya çox ağır pozulmadır. Damarın daxilində olan tromb qan axını ilə hərəkət edə bilər. Tromb digər damarlara və daxili orqanlara düşə bilər. Tromb ağciyərlərin arteriyalarına düşdükdə arteriyanın mənfəzi tutulur (buna "tromboemboliya" deyilir) və bu ağır qan dövranı, nəfəsalma pozulmaları və xəstənin həyatını itirməsi ilə nəticələnir.
Tromboflebit konservativ (dərmanların köməyi ilə) və cərrahi üsullarla müalicə oluna bilər. Ağır vəziyyətlərdə cərrahiyyə müalicəsi tətbiq olunur.
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.