Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Damar

Karotid (yuxu arteriyası) xəstəlikləri

Karotid (yuxu arteriyası) xəstəlikləri

Yuxu arteriyasi yəni karotid xəstəlikləri məhz yuxu arteriyasının daxilində, yumşaq maddənin toplanaraq ərp (yığıntı) əmələ gətirməsi nəticəsində yaranır.

Daxili və xarici olmaqla iki şaxəyə ayrılan, boynumuzun hər iki tərəfində yerləşən ümumi iki arteriyamız vardır. Daxili yuxu arteriyası; beyinin, xarici yuxu arteriyas; isə üz, boyun və baş dərisinin qanla təchizatını təmin edir.

Özlüyündə insult riski daşıyan Karotid xəstəlikləri zamanı karotid arteriyanın daralması və ya tıxanması nəticəsində beyin qan dövranı pozulur

Əlamətlər

Qəfil başlayan kəskin başağrıları

Başgicəllənmə və müvazinətin itirilməsi

Müvəqqəti İşemik Tutma (MİT) və ya “mini iflic “

Nevroloji əlamətlər (bir yaxud iki gözdə görmənin itməsi internal kapsular iflic, hemianopia)

Ətrafları hərəkət etdirə bilməmək; ətraflarda zəiflik və ya hissiyatın itirilməsi; nitq pozulması

Səbəblər

ekstravazal kompressiya

okkluziya edici xəstəliklər

yuxu arteriyalarının laylanması

patoloji qıvrılmalar və deformasiyalar

Yuxu arteriyası xəstəliklərinin müalicəsi konservativ (anti aqreqatlar statinlər, qanda qlükoza və arterial təzyiqinin optimallaşdırılması, siqareti atmaq) və cərrahi üsullarla (karotiden arkterektomiya, arteriyanın protezleənməsi, ekstrailakranial anastomozların qoyulması, stent qoyulması) həyata keçirilir.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.