Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Ürək

Ürək çatışmazlığı

Ürək çatışmazlığı

Əgər sizə ürək çatışmazlığı diaqnozu qoyulubsa, anında təlaşlanıb "bu dəqiqə ürəyim dayanacaq" deyə düşünməyin! Ürək çatışmazlığı ürəyiniz işləyə biləcəyi qədər yaxşı işləməməsi anlamına gəlir.

Normal sağlam ürəkdə hər ürək döyüntüsü zamanı ürəyə müəyyən miqdarda qan daxil olur və sonra ürəkdən xaric olunur. Ürək çatışmazlığı olduğu halda, hər ürək döyüntüsündə ürəyiniz daxil olmuş qanı tam miqdarda xaric edə bilmir.

Ürək çatışmazlığının növləri:

Diastolik ürək çatışmazlığı — Ürək döyüntüləri arasındakı fasilələrdə ürək kameralarının qanla dolmaması ilə xarakterizə olunur.

Sistolik ürək çatışmazlığı — Bu o deməkdir ki, hər ürək döyüntüsü zamanı ürəyin mədəcikləri müvafiq dərəcədə yığılmadığı üçün, ürəyə daxil olmuş qan tam xaric olunmur.

Ürək çatışmazlığı müstəqil xəstəlik deyil, müxtəlif ürək-damar patologiyalarının: ürəyin işemik xəstəliyi, miokard infarktı, ürəyin qapaq qüsurları, kardiomiopatiyalar, arterial hipertenziya s. fəsadı kimi inkişaf edir.

Simptomlar :

Halsızlıq

Qəbizlik

Yorğunluq

İştahasızlıq

Təngnəfəslik

Başgicəllənmə

Döş nahiyəsində ağrılar

Ürək ritminin pozulması

Topuqların və ayaqların şişkinliyi

Dırnaqlar və burun-dodaq üçbucağının sianozu (göyərməsi)

- Kəskin və xroniki ürək çatışmazlıqlarında yataq rejimi, tam psixi və fiziki sakitlik, vitaminlərlə zəngin, asan həzm olunan pəhriz təyin olunur.

- Mexaniki baryer rolunu oynayan ürək qüsurları, ürək anevrizması, konstrikvit perikardit zamanı əksər hallarda cərrahi müdaxilə həyata keçirilir.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.