
Qəfləti ürək ölümü və qəfləti koronar ölüm fərqli anlayışlardır. Qəfləti ürək ölümü daha geniş yayılmış bir anlayışdır.
Qəfləti ürək ölümündə ölümün səbəbi ürəyin işmik xəstəliyindən başqa digər xəstəliklər də ola bilər. Qəfləti koronar ölümün ürəyin işemik xəstəliyinin sürətlə inkişaf edən ağır kliniki variantı olub bütün qəfləti ürək ölümlərinin 80-90%-ni təşkil edir. Qəfləti ürək ölümündən fərqli olaraq qəfləti koronar ölümün səbəbi bütün hallarda ürəyin işemik xəstəliyidir.
Qəfləti ürək ölümü – anamnezdə koronar patologiyaya dəlalət edən simptomların olmaması fonunda mədəciklərin asistoliyası və ya fibrilasiyasıdır.
Əlamətlər :
dərinin mərmərliyi
bəbəklərin genişlənməsi
tənəffüsün izlənilməməsi
pişik gözü simptomu yaranır
arterial təzyiqin izlənilməməsi
magistral damarlarda nəbzin izlənilməməsi
işığa reaksiyanın və reflektor fəaliyyətin digər növlərinin olmaması
Qəfləti ürək ölümü digər bütün qəfləti ölümlərin (insult, tromboeboliya, iri damarların cırılması və s.) 70%-ni təşkil edir. Əksər hallarda qəfləti ürək ölümü ürəkdə ritm pozğunluqu nəticəsində, xəstəxanadan kənar şəraitdə, bir neçə saniyədən bir (bəzən 24 saat hesab edirlər) saatadək müddətdə, son vaxtlar ciddi səhhət problemi olmayan adamlarda baş verdiyi hal hesab olunur.
Risk faktorları:
Davamlı stress halında olmaq
Xroniki ürək çatışmazlığının olması
Ürəyin böyüməsilə gedən ürək əzələsinin xəstəlikləri
Ürək ritmini pozan bəzi dərmanların nəzarətsiz istifadəsi
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.