
Miokard İnfarktı-kəskin koronar çatışmazlıq nəticəsində inkişaf edən ürək əzələsinin işemik nekrozudur. Patologiya adətən koronar qan axınının tam kəsilməsi və ya kəskin pisləşməsi koronar arteriyaların trombozu nəticəsində baş verir.
İlkin tipik əlaməti döş sümüyü arxasındakı (döş qəfəsinin orta hissəsində) kəskin ağrının baş verməsidir. Ağrı sol qola, çiyinə, kürəyə, aşağı çənəyə, boyuna, kürəklərarası sahəyə də yayıla bilər. Digər bir halda miokard infarktı zamanı ağrı yox, döş qəfəsində narahatlıq - kəskin sıxılma, təzyiq edilməsi, ağırlıq hissiyyatı baş verə bilər. Ağrı bəzi hallarda ürəkbulanma, qusma, soyuq tər, həyəcanlanma, ölüm qorxusu, ürək ritminin pozulması, nəfəs almanın çətinləşməsi, huşun itirilməsi ilə də müşayiət edilə bilər. Ancaq bəzi hallarda insan heç bir əlamət hiss etmədən də miokard infarktı keçirə bilər.
Yaranma səbəbləri
Koronar arteriyaların emboliyası
Koronar arteriyaların aterosklerozu
Koronar damarların anadangəlmə defektləri
Koronar damarların digər mənşəli zədələnmələri
Risk amilləri
piylənmə
hipertoniya
şəkərli diabet
neyro-psixi gərginlik
spirtli içkilər və siqaretdən istifadə aiddir
Miokard infarktının diaqnostikası
Qan analizi
EKG və eforlu EKG
Ürək kardiaqraması
Koronar anqioqrafiya
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.