
Ürək-damar xəstəliklərinin əsas səbəbkarı damar sərtliyi olan Aterosklerozdur!
Günümüzdə geniş yayılmış və xroniki hal almış patologiya olan Ateroskleroz zamanı arteriyanın divarı qalınlaşır, elastikliyini itirir, nəticədə arteriyaların daxili qatında yağa oxşar tərkibli maddələrin (əsasən xolesterin) yığılması baş verir, damar divarı daralmağa başlayır və nəticədə ürək, beyin yaxud digər üzvlərin qanla təchiz olunması pisləşir. Bir sözlə orqanizmdə qan dövranı pozulur.
Ateroskleroz ÜİX, işemik insult, aşağı ətrafların obliterasiyaedici zədələnmələri, müsariqə damarlarının xroniki okklüziyasının və s. patologiyaların əsasını təşkil edə bilər.
Aterosklerozun risk faktorları:
siqaret çəkmək
şəkərli diabet
qeyri-düzgün qidalanma
böyük dozada alkoqol qəbulu
xroniki psixoemosional gərginlik
hiperlipidemiya (lipidin miqdarının normadan artıqlığı)
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.