
Varikozdan əziyyət çəkən şəxslərin bir neçə mövzuda həssas olmaları lazımdır. Bu məqamlara birlikdə aydınlaşdıraq:
Varikozu olan şəxslərə isti hava, isti prosedurlar (sauna) çox zərərlidir. İstilik venaları genişləndirir. Bu isə şiddətli ağrılara səbəb olur.
Yetərli su istehlakına diqqət edin. Su orqanizminizi daha sərin saxlayacaq və qanın fəaliyyətini nizamlayacaq. Az maye qatılaşmışqan deməkdir. Bu da laxtalanma meydana gətirəcək.
Oturaqlı vəziyyətdə çox qalmayın. 30 dəqiqədən bir evin içində belə olsa yürüyüşlər edin. Üzmə və yerimə kimi məşqlər davamlı edildikdə baldırəzələlərinizin fəaliyyətini bərpa edəcək.
Narahat ayaqqabı və dikdabanlardan uzaq gəzin. Mümkün qədər düz və ortobetik ayaqqabılar geyinin.
Antivarikoz (sıxılma) corablar geyinin. İstifadə etməzdən əvvəl həkiminizdən məsləhət alın.
Gün altında qaralma ayaqlarınıza zərərli olacaqdır.
Ayaqlarınızı yuxarıda saxlayın. Oturduğunuz zaman yerin cazibə qüvvəsi varikoza mənfi təsir edir. Ağrılardan qurtulmaq üçün ayaqlarınızın altına hündür birşey də qoya bilərsiniz.
Düzgün qidalanın. Duz istehlakını minimuma endirin.
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.