Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

Varikozun müalicəsi mütləqdir!

Varikozun müalicəsi mütləqdir!

Varikoz ümumi anlayışdır. Bəzi insanlarda kapilyar, digərlərində isə damargenişlənməsi formasında rast gəlinir.

Kapilyarların müalicəsi daha çox estetik xarakter daşıyır və insanların istəyinə bağlı olur.

Damarların genişlənməsi isə əksinə, müalicə olunmadıqda ciddi fəsadlara yol aça bilir.

Hər iki halda da müalicə mütləqdir və gecikdirilməməlidir!

Varikoz genişlənmiş damarlar müalicəsiz qalarsa, Amputasiya riski var!

Damar çatışmazlığının ağırlaşmış mərhələlərində ayaqlarda venoz yaralar, trofik yaralar, ağciyər arteriyasının tromboembolizmi yarana bilər. İnfeksiyalı yaraların müalicəsi gecikərsə, və yaxud müalicə edilməzsə, xəstələrdə proses irəliləyər. Nəticədə ayaq müxtəlif hissəsindən kəsilə bilər!

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.