Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

Stenokardiya tutması zamanı nə etməli?

Stenokardiya tutması zamanı nə etməli?

Əgər döş qəfəsində tutma şəklində ağrı hiss edirsiniz, bu ağrı sol qola, kürək nahiyəsinə yayılırsa və bunun fonunda hava çatışmazlığı hiss edirsinizsə, bu hal ilkin stenokardiya əlamətidir.

1 həb (0,5 qr.) aspirin çeynəmək sizi sakitləşdirə bilər.

Təmiz havanın olduğunuz yerə daxil olmasına şərait yaradılmalıdır.

Stenokardiya tutması zamanı uzanmaq olmaz!️ Bu vəziyyətdə qan bədənin yuxarı hissəsinə yönəlir və bu halda ürək daha çox yüklənir

Əgər ağrı fiziki gərginlik zamanı baş veribsə, işi dərhal dayandırmaq və imkan olduqca rahat şəkildə, ayaqları aşağı sallamaqla oturmaq lazımdır.

Nitroqliserin (0,0005 qr.) həbini xəstənin dilinin altına qoyun (sprey şəklində də olar) və dərhal “təcili yardım” çağırın! Bu miokard infarktının əlaməti olabilər.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.