Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

Mitral trikuspid qapaq qüsuru

Mitral trikuspid qapaq qüsuru

Sol və sağ qulaqcıq-mədəcik qapaqlarının zədələnməsi ilə səciyyələnən müştərək ürək qüsuru Mitral Trikuspidal Qüsur adlanır. Patologiya zamanı xəstələrdə əsasən ürək artımının kəskin enməsi ilə əlaqədar olaraq yorğunluq, zəiflik, fiziki iş zamanı bayılmalar müşahidə oluna bilir.

Əsas əlmətlər:

öskürək

taxikardiya

qanhayxırma

«mitral qızartı»

təngnəfəslik

döş qəfəsində ağrı

fiziki yüklənməyə qarşı tolerantlığın azalması

Trikuspidal stenozun əsas auskultativ əlaməti diastolik küydür. Bu zaman diastolik küy V qabırğaarası sahədə, döş sümüyünun sol kənarında, bəzən isə xəncərəbənzər çıxıntının üzərində eşidilir. Patologiya gecikmiş mərhələlərdə hepatomeqaliya və assitlə xarakterizə olunur.

Əgər heç bir əks göstəriş yoxdursa, ürəyin çox qapaqlı qüsurlarının müalicəsi cərrahi yolla icra olunur.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.