Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

Lazer ablasiya ilə damar müalicəsinin üstünlükləri

Lazer ablasiya ilə damar müalicəsinin üstünlükləri

Artıq Varikoz genişlənmiş iri damarlardan asanlıqla qurtula və dərhal normal həyatınıza davam edə bilərsiniz!

Varikoz damar əməliyyatları içərisində ən müasir və təhlükəsiz üsul minimal invaziv metod olan Lazer Ablasiya üsuludur.

Endovenoz Ablasiya (Lazer/Radyofrekans) zamanı lazerin istilik enerjisi genişlənmiş damar divarlarının bir-birinə yapışmasını təmin edir. Nəticədə varikoz vena asanlıqla aradan qalxır.

Lazer Ablasiya müalicəsinin üstünlükləri:

Minimal invaziv və təhlükəsiz müalicə metodudur

Dəridə yara izləri, görünən qüsurlar olmur (prosedur kiçik punksiya ilə həyata keçirilir)

Endovasal Lazer Ablasiya müalicəsindən dərhal sonra pasiyent xəstəxanadan çıxa bilir

Ümumi anesteziya tələb etmir, pasiyent əməliyyat zamanı şüurludur; prosedur ağrısızdır

Lazer Radiyasiyası yalnız patoloji damara təsir göstərir, ətrafdakı toxumalara və bütün bədənə təsir etmir

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.