Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

Lazer Ablasiya müalicəsi

Lazer Ablasiya müalicəsi

Müasir varikoz damar əməliyyatlarının təhlükəsiz üsullarından olan Lazer Ablasiya müalicəsi ən müasir minimal invaziv metoddur. Endovenoz Ablasiya (Lazer/ Radyofrekans) zamanı lazerin istilik enerjisi genişlənmiş damar divarlarının bir-birinə yapışmasını təmin edir. Nəticədə varikoz vena asanlıqla aradan qalxır.

Lazer əməliyyatının texnikasını qısaca belə ifadə edə bilərik - genişlənmiş damarın daxilinə lazerin işıqötürücüsü ötürülür və daxilindən lazerin işığı ilə xaric olunur. Genişlənmiş damar tədricən yığılır və itir. Daha sadə dildə desək, “sanki damarlar daxildən yandırılır”

Lazer Ablasiya müalicəsinin üstünlükləri:

Minimal invaziv və təhlükəsiz müalicə metodudur

Dəridə yara izləri, görünən qüsurlar olmur (prosedur kiçik punksiya ilə həyata keçirilir)

Lazer Radiyasiyası yalnız patoloji damara təsir göstərir, ətrafdakı toxumalara və bütün bədənə təsir etmir

Ümumi anesteziya tələb etmir, lokal anesteziya altında həyata keçirilir, yəni pasiyent əməliyyat zamanı şüurludur; prosedur ağrısızdır

Pasiyentə stasionar müşahidə tələb olunmur, yəni Endovasal Lazer Ablasiya müalicəsindən dərhal sonra pasiyent xəstəxanadan çıxa bilir

Prosedur sonrası iri damarlar dərhal aradan qalxır və siz gündəlik həyatınıza davam edirsiniz.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.