
Anjio kimi tanıdığımız Angioqrafiya metodu damarlarda olan trombları, aterosklerozu, daralma, tıxanma və qan axınındakı bu kimi problemləri araşdırmağa və qüsursuz bir şəkildə təsvir etməyə imkan verən müayinə növüdür.
Bəs hansı hallarda, pasiyentlərimizdə Koronar Anqioqrafiya tətbiq edirik?
Ürək qapaq xəstəliyi varsa
Ürək miokard infartk keçirdəndə
EFOR testi müsbət nəticə verəndə
Pasiyent sinədə şiddətli ağrı hiss edəndə
EKO zamanı ürəkdə yığılma olan pasientlərdə
40 yaşdan yuxarı olan pasientlərdə ciddi əməliyyat öncəsi
Stent taxılmış, Bypass olan pasientlərdə müayinə məqsədi ilə
Ürək əməliyyatı istisna, şəkər xəstələrində ciddi əməliyyat öncəsi
TALİUM müayinəsi zamanı koronar arteriya xəstəliyinin ehtimalı görüləndə
Əgər müayinədə ciddi pozulmalar aşkar olunarsa, damarların normal keçiriciyini bərpa etmək üçün angiorqafiya zamanı damara stent yerləşdirilə bilər.
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.