
Kardioloji bərpa olaraq bilinən KARDİOREABİLİTASİYA - ürək damarlarına stent qoyulduqdan və ya ürək damarlarının şuntlamasından sonrakı dövrdə, ürəyin fərqli xəstəlikləri zamanı yaranan funksional problemləri fiziki hərəkətlər və həyat tərzinin tənzimləməsi yolu ilə aradan qaldıran müalicə proqramıdır.
Kardioreabilitasiyanın məqsədi keçirilmiş ürək xəstəliyindən və ya ürək cərrahi müdaxiləsindən sonra sağlamlığın bərpasından ibarət olan, pasiyentin fərdi xüsusiyyətlərinə əsaslanan tapşırıqlardan, tədbirlərdən və təlimdən ibarət olan bir proqramdır.
Əgər aşağıda qeyd edilmiş xəstəliklərdən əziyyət çəkirsinizsə, o zaman, kardiolojireablitasiya ən effektiv seçimdir.
Miokarditlər
Stenokardiya
Miokard infarktı
Ürək çatışmazlığı
Ürək köçürülməsi
Kardiomiopatiyalar
Angioplastika və ya stent qoyma
Ürək damarlarına stent qoyulması
Aorta koronar şuntlama əməliyyatı
Bəzi anadangəlmə ürək xəstəlikləri
Ürək qapaqlarının dəyişdirilməsi üzrə əməliyyat
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.