
Atrial Fibrilasyon (AF) ən çox görülən ürək aritmiyasıdır. AF-da qeyri müntəzəm atışlar ürəyin sürətini artırır. Ürəyin belə məqsədsiz sürətli işləməsi pompa funksiyasını poza bilər.
Atrialfibrilasyon (AF) yaşlılardakı ən böyük iflic səbəblərindən biridir.
Görülmə nisbəti 0,4%-dir, lakin yetkinik yaşına çatanların 3-4%-ində görülür. AF xəstələrinin 70%-i 65-85 yaşları arasındadır.
Müalicədə dərmanlar, kateter əsaslı proseduralar və cərrahiyyə daxil olmaqla bir çox variant mövcuddur.
Müalicə tətbiq edilmədikdə isə, ürək böyüməsi, ürəkçatışmazlığı və ritm pozulmasının ən qorxulu nəticəsi olan beyində laxta yaranmasından qaynaqlanan iflicə gətirib çıxara bilər.
AF-nin cərrahi yolla müalicə metodları:
lazer
mikrodalğa
radyofrekans
ultrasəs və ya kriyoterapi (dondurma)
Minimal invaziv metodlarla ürək əməliyyatı planlanan xəstələrdə eyni zamanda cərrahi ablasiya proseduru da icra olunur.
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.