Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

Damar Patologiyaları haqqında nə bilirik?

Damar Patologiyaları haqqında nə bilirik?

Damar patologiyaları iki qrupa bölünür:

Vena xəstəlikləri

Arteriya xəstəlikləri

Arteriya xəstəlikləri orqanizmin bütünlükdə arterial sisteminin yarana biləcək problemlərini əhatə edir. Arterial problemlərin başlıca səbəbi aterosklerozdur. Aterosklerozu əmələ gətirən faktorlar ürəyin işemik xəstəliyində olduğu kimi, başda siqaret olmaqla, yaş, diabet, qanda xolesterol səviyyəsinin yüksək olması və s. Xəstəliyin cərrahi müalicəsi xəstələnmiş arteriya hissəsinin süni və ya xəstənin özündən əldə edilən damarla əvəz edilməsidir.

Vena xəstəlikləri əsasən Venoz problemlər varikoz genişlənmə yaxud venoz çatışmazlıq şəklində meydana çıxır. Müalicəsi vaxtında aparılmayan xəstələrdə bu problem ayaq, baldır ağrısından başlayaraq topuqda, baldırda şişkinlik , xüsusilə gecələr qıcolmalar, ayaq üstü qaldıqda şiddətli ağrılar, səthi venaların qabarıqlaşması (varikoz genişlənmə), baldır səthində rəng dəyişikliyi (göyərmə-qaralma) kimi şikayətlərə səbəb ola bilər. Hətta bir sıra sağalmayan yaralara da gətirib çıxara bilər.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.