
Hər ayaq şişkinlikliyini Ürəklə əlaqələndirmək doğru deyil!
Ayaqda şiş aşağıdakı hallarda ola bilər:
hamiləlik zamanı
yüksək təzyiq zamanı
ürək və böyrək xəstəlikləri
artıq çəki, hərəkətsizlik
artrit və burxulma zamanı
hədsiz duz istifadəsi zamanı
uzun müddət ayaqda qalan insanlarda yarana bilər.
Həmçinin ayaqlarda damarların tıxanması qanın ayaqlarda yığılmasına və bunun nəticəsində də ayaqların şişməsinə gətirib çıxarır.
Qarın və ayaqlarda olan şişkinlik döş ağrısı ilə, yorğunluq və təngnəfəsliklə müşayiət olunursa, bu, ürək xəstəliklərinin əlamətləridir.
Ürəklə bağlı ayaqların mütləq hər ikisi şişər. Əllə batıranda xəmirəbənzər çökəklik yaranar, yanaşı sidiyə getmədə çətinliklər yaranar və ciddi şəkildə təngnəfəslik olar.
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.