Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

Hansı ayaq şikayətləri damar probleminə işarədi?

Hansı ayaq şikayətləri damar probleminə işarədi?

Ayaqda ağrılar əzələ, damar, oynaq və nevroloji xəstəliklər, eləcə də travmalar səbəbindən meydana gələ bilər.

Venalarda güclü ağrılar dərhal deyil, tədricən yaranır. Daha kəskin və davamlı xarakterli damar ağrısı tromboflebitə işarədir.

Ayaqda damar ağrısı nədən yaranır?

Ayaqda ağrı hissi damarların funksiyasının pozulması səbəbindən əmələ gəlir. Xəstələrdə venaların divarları nazilir, damarların elastikliyi azalır. Ayrı-ayrı hissələrdə qan yığınına rast gəlinir. Damar divarı iltihablaşır. Qan qatılaşdığından zəif hərəkət edir, venaların divarına təzyiq artır.

Ayaqlarınızda bu şikayətlər varsa, damarlarınızda problem var deməkdir:

Ayaqlarda soyuqluq varsa

Axşama doğru ayaqlar şişirsə

Yaralar gec sağalırsa və ya sağalmayan yara varsa

Ayaqüstə çox qaldıqda və xüsusilə axşamlar ayaqlardaağrı varsa

Yuxarıdakı əlamətlər sizdə də varsa, damar cərrahı müayinəsini gecikdirməyin!

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.