
Müasir dövrdə geniş yayılmış və xroniki hal alan Ateroskleroz - ürək damar sistemi xəstəliklərinin əsas səbəbkarıdır. Patologiya zamanı arteriyaların divarında lipidlərin, kalsium duzlarının toplanması və birləşdirici toxumanın inkişafı ilə əlaqədar damarların sərtləşməsi baş verir. Arteriyanın divarı qalınlaşır, elastikliyini itirir. Bunun da nəticəsi olaraq orqanizmdə qandövranı pozulur.
Risk faktorları:
Siqaretçəkmə
Şəkərlidiabet
Qeyri-düzgün qidalanma
Böyük dozada alkoqol qəbulu
Uzun müddət davam edən psixoemosional gərginlik
Hiperlipidemiya (lipidin miqdarının normadan artıqlığı)
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.