Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Bloq

Aterosklerozun risk faktorları

Aterosklerozun risk faktorları

Günümüzdə xroniki hal alan və olduqca geniş yayılan Ateroskleroz zamanı arteriyaların divarında lipidlərin, kalsium duzlarının toplanması və birləşdirici toxumanın inkişafı ilə əlaqədar damarların sərtləşməsi baş verir. Nəticə etibarı ilə orqanizmdə qan dövranı pozulur.

Ateroskleroz inkişafına səbəb olan risk faktorları:

Siqaret çəkmək

Şəkərli diabet

Qeyri-düzgün qidalanma

Böyük dozada alkoqol qəbulu

Uzun müddət davam edən psixoemosional gərginlik

Hiperlipidemiya (lipidin miqdarının normadan artıqlığı)

Ateroskleroz zamanı damar divarı daraldığı üçün nəticədə ürək, beyin yaxud digər üzvlərin qanla təchiz olunması pisləşir.

Aşağı ətraf damarlarının aterosklerozu zamanı fasiləli axsama kimi patoloji hallar meydana gəlir.

Beyinin damarlarının aterosklerozu əmək qabiliyyətinin azalması, yaddaşın pisləşməsi, tez yorulma kimi əlamətlərlə özünü büruzə verir. Beyin damarlarının tutulması nəticəsində isə insult baş vermiş olur.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.