
Aorta qapağının dəyişdirilməsi 3 müxtəlif üsulla həyata keçirilir:
Sternotomi (açıq ürək əməliyyatı)
TAVI (Transfemoral Aortic Valve Implantation) üsulu
Kiçik kəsik ilə qoltuqaltından qapalıüsulla qapaq əvəzedilməsi (yaxud təmiri)
Hazırda ən aktual, effektiv və tövsiyə olunan üsul KiçikKəsi üsuludur.
BƏS NİYƏ KİÇİK KƏSİ?
İlk olaraq kəsiyin və travmanın kiçik olması səbəbindən xəstələr bu üsula daha çox üstünlük verir. Əlbəttə ki, son qərar həkim tərəfindən verilir
Təxminən 3-4sm-lik kəsiklə icra olunur. Burada ürəkqapağı tamamilə çıxarılır və metal və ya bioloji bir qapaq ilə əvəz olunur. Əməliyyatın müddəti olduqca qısadır. Təxminən 1,5-2 saat davam edir
Metal qapaqla dəyişdirildikdə, xəstənin ömür boyu başqa qapaq dəyişdirməyə ehtiyacı yoxdur
Sümük kəsisi yoxdur. Beləliklə, infeksiya, qanaxma kimi risklər azaldılmış olur
Sağalma müddəti olduqca tezdir
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.