Baş səhifə
Dr. Cabir GÜLMALIYEV — Uzman Ürək-damar cərrahı

Bloq

Bu şikayətlər ürəkdə problem olduğunu göstərir

Yenilənib
Bu şikayətlər ürəkdə problem olduğunu göstərir

Qısaca

Ürəyimizin verdiyi siqnallara xüsusi diqqət yetirmək lazımdır. Bəzi ağıla gəlməz simptomlar ürəkdəki problemə işarə edə bilər. Məsələn; Xroniki öskürək - Boğaz və ağciyərlərə bağlı olmayan öskürək əgər dərmanlarla kəsmirsə, o deməkdir ki, ürək-qan damar sistemi yaxşı işləmir və ağciyərləri lazımi…

Əsas məlumatlar

  • Bölmə: Bloq
  • Həkim: Dr. Cabir GÜLMALIYEV, Uzman Ürək-damar cərrahı
  • Xəstəxana: Liv Bona Dea International Hospital, Mehdi Abbasov küç. 2, Bakı, Azərbaycan
  • Qəbul: +994 50 693 53 35

Ürəyimizin verdiyi siqnallara xüsusi diqqət yetirmək lazımdır. Bəzi ağıla gəlməz simptomlar ürəkdəki problemə işarə edə bilər. Məsələn;

  • Xroniki öskürək - Boğaz və ağciyərlərə bağlı olmayan öskürək əgər dərmanlarla kəsmirsə, o deməkdir ki, ürək-qan damar sistemi yaxşı işləmir və ağciyərləri lazımi qədər qan və oksigenlə təmin etmir.
  • Ödəm - Ürək qanı intensiv şəkildə dövr etdirmədikdə, qan venalarda çox qalır, durğunlaşır, ona görə ayaqlar şişir. Üstəlik ürək zəifləyəndə böyrəklər də yaxşı işləmir, bu da əl-ayaqda ödem yaradır.
  • İştahın azalması, ürəkbulanma - Ürək çatışmazlığı səbəbindən döş qəfəsinə artıq maye toplanması çox vaxt iştahsızlıq, qarında diskomfort, mədədə yanğı, gəyirmə, ürəkbulanma kimi simptomlar da verə bilər.
  • Ekzema - təəcüblü olsa da ekzema kimi dəri xəstəlikləri olan xəstələrin 48%-də yüksək təzyiq, xolesterin problemi olur.

Gecəyarı tez tez sidiyə gedirsinizsə, böyrəklərlə yanaşı ürəkdən də şübhələnin.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Tez-tez verilən suallar

Bu şikayətlər ürəkdə problem olduğunu göstərir nədir?

Ürəyimizin verdiyi siqnallara xüsusi diqqət yetirmək lazımdır. Bəzi ağıla gəlməz simptomlar ürəkdəki problemə işarə edə bilər. Məsələn; Xroniki öskürək - Boğaz və ağciyərlərə bağlı olmayan öskürək əgər dərmanlarla kəsmirsə, o deməkdir ki, ürək-qan damar sistemi yaxşı işləmir və ağciyərləri lazımi…

Bu mövzuda həkimə harada müraciət etmək olar?

Dr. Cabir GÜLMALIYEV Bakıda, Liv Bona Dea International Hospital-da (Mehdi Abbasov küç. 2) qəbul edir. Qəbula yazılmaq üçün +994 50 693 53 35 nömrəsinə zəng edin və ya WhatsApp-da yazın.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.