Qısaca
Pasiyentlər arasında pilləkən çıxarkən sinə nahiyəsində göynəmə, ağrı hissi, sinədə sıxıntı, ürək çırpınması şikayəti ilə müraciət edənlər var. Bilməlisiniz ki, pilləkən çıxarkən yaranan bu əlamətlər ciddi ürək xəstəliklərinin xəbərçisi ola bilər. Bunun səbəbi fiziki aktivliyin artması ilə ürəyin…
Əsas məlumatlar
- Bölmə: Bloq
- Həkim: Dr. Cabir GÜLMALIYEV, Uzman Ürək-damar cərrahı
- Xəstəxana: Liv Bona Dea International Hospital, Mehdi Abbasov küç. 2, Bakı, Azərbaycan
- Qəbul: +994 50 693 53 35
Pasiyentlər arasında pilləkən çıxarkən sinə nahiyəsində göynəmə, ağrı hissi, sinədə sıxıntı, ürək çırpınması şikayəti ilə müraciət edənlər var.
Bilməlisiniz ki, pilləkən çıxarkən yaranan bu əlamətlər ciddi ürək xəstəliklərinin xəbərçisi ola bilər.
Bunun səbəbi fiziki aktivliyin artması ilə ürəyin də işinin artmasıdır. Əgər ürəyi qidalandıran koronar damarlarda hər hansı darlıq olarsa, bu özünü dediyimiz əlamətlərlə göstərəcəkdir.
Pilləkən çıxarkən yaxud fiziki aktivlikdən sonra sinə nahiyyəsində qeyd edilən əlamətlər yaranarsa, bir ürək müayinəsindən keçməyiniz məsləhətdir.
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

