Baş səhifə
Dr. Cabir GÜLMALIYEV — Uzman Ürək-damar cərrahı

İstifadə şərtləri

Son yenilənmə: 23.11.2026

Müəllif: Yenilənib:

Saytın məqsədi

drcabir.az ürək və damar xəstəlikləri, əməliyyatlar və Dr. Cabir GÜLMALIYEV-in fəaliyyəti barədə ümumi məlumat verir.

Tibbi xəbərdarlıq

Saytdakı məlumatlar həkim müayinəsini, diaqnozu və ya müalicəni əvəz etmir. Diaqnoz və müalicə qərarları yalnız həkim müayinəsindən sonra verilir. Saytdakı məlumatlara əsaslanaraq dərman qəbuluna başlamayın və ya onu dayandırmayın.

Təcili hallar

Qəfil döş ağrısı, təngnəfəslik, huşunu itirmə və ya digər təcili vəziyyətdə saytda məlumat axtarmayın — dərhal 103 nömrəsinə zəng edin.

Nəticələr fərdidir

Pasiyent rəyləri, statistika və əməliyyat nəticələri fərdi təcrübəni əks etdirir və eyni nəticəyə zəmanət vermir. Hər bir müalicənin nəticəsi xəstənin vəziyyətindən asılıdır.

Müəllif hüquqları

Saytdakı mətnlər, fotolar və videolar Dr. Cabir GÜLMALIYEV-ə məxsusdur və icazəsiz köçürülə bilməz. Mənbəyə keçid verməklə qısa sitat gətirmək olar.

Xarici keçidlər

Sayt digər saytlara (xəstəxana, sosial şəbəkələr, YouTube) keçidlər ehtiva edir. Həmin saytların məzmunu və qaydalarına görə məsuliyyət daşımırıq.

Tərcümələr

Məqalələrin əsli Azərbaycan dilində yazılıb, digər dillərə tərcümə olunub. Fərq olduqda Azərbaycan dilindəki mətn əsas götürülür.

Dəyişikliklər

Bu şərtlər yenilənə bilər. Saytdan istifadə etməklə cari şərtləri qəbul etmiş olursunuz.