Qısaca
Son zamanlar ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən pasiyentlərin ən çox verdiyi sual - Covid-19 vaksini ilə peyvəndlənmənin onlara necə təsir etməsi ilə bağlıdır. Ürək-damar sistemi xəstəliyi olan insanlar koronavirusla (Covid-19) xəstələnmə baxımından yüksək risk qrupu kimi götürülür.…
Əsas məlumatlar
- Bölmə: Bloq
- Həkim: Dr. Cabir GÜLMALIYEV, Uzman Ürək-damar cərrahı
- Xəstəxana: Liv Bona Dea International Hospital, Mehdi Abbasov küç. 2, Bakı, Azərbaycan
- Qəbul: +994 50 693 53 35
Son zamanlar ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən pasiyentlərin ən çox verdiyi sual - Covid-19 vaksini ilə peyvəndlənmənin onlara necə təsir etməsi ilə bağlıdır.
Ürək-damar sistemi xəstəliyi olan insanlar koronavirusla (Covid-19) xəstələnmə baxımından yüksək risk qrupu kimi götürülür. Bu xəstəliyi olanlar koronavirusdan daha ciddi qorunmalıdır.
Covid-19 vaksini ilə peyvəndlənmə ürək-damar xəstələrinin Covid-19-a yoluxması zamanı xəstəliyi daha yüngül keçirməsinə yardım edir.
Açıq ürək və stentləmə əməliyyatı olunanlar, əvvəllər infarkt keçirmiş, ürək çatışmazlığı olanlar, eləcə də yüksək təzyiq, şəkərli diabet kimi yanaşı xəstəliyi olan insanlar COVID-19 peyvəndi vurdura bilər.
Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

