Baş səhifə
Dr. Cabir GÜLMALIYEV — Uzman Ürək-damar cərrahı

Bloq

Mitral qapaq çatışmazlığı yaradan səbəblər

Yenilənib
Mitral qapaq çatışmazlığı yaradan səbəblər

Qısaca

Kəskin mitral çatışmazlıq miokard infarktı, ürəyin küt travması, infeksion endokardit zamanı mitral qapaq taylarının qopması, məməciyəbənzər əzələlərin, xorda vətərlərinin cırılması nəticəsində inkişaf edə bilər. Miokard infarktı ilə əlaqədar məməciyəbənzər əzələlərin cırılması 80-90% hallarda…

Əsas məlumatlar

  • Bölmə: Bloq
  • Həkim: Dr. Cabir GÜLMALIYEV, Uzman Ürək-damar cərrahı
  • Xəstəxana: Liv Bona Dea International Hospital, Mehdi Abbasov küç. 2, Bakı, Azərbaycan
  • Qəbul: +994 50 693 53 35

Kəskin mitral çatışmazlıq miokard infarktı, ürəyin küt travması, infeksion endokardit zamanı mitral qapaq taylarının qopması, məməciyəbənzər əzələlərin, xorda vətərlərinin cırılması nəticəsində inkişaf edə bilər. Miokard infarktı ilə əlaqədar məməciyəbənzər əzələlərin cırılması 80-90% hallarda ölümlə sonlanır.

Xroniki mitral çatışmazlığa sistem xəstəlikləri: revmatizm, sklerodermiya, qırmızı qurd eşənəyi, Leffler endokarditi zamanı qapağın zədələnməsi səbəb olur. İzoləolunmuş mitral çatışmazlıqların təxminən 14%-i ürəyin revmatik xəstəliyi ilə bağlıdır.

Mitral çatışmazlığa mitral qapağın prolapsı, cırılması, xorda vətərləri və papillyar əzələlərin qısalması və ya uzanması gətirib çıxara bilər.

Nisbi mitral çatışmazlıq qapaq aparatı zədələnmədən sol mədəcik boşluğunun və fibroz həlqənin genişləndiyi hallarda inkişaf edir. Belə dəyişikliklər dilatasion kardiomiopatiya, ÜİX və arterial hipertenziyanın proqressivləşən gedişi, miokarditlər, aortal çatışmazlıq zamanı müşahidə olunur.

Mitral çatışmazlığın nadir rast gəlinən səbəblərinə tayların kalsinozu, hipertrofik kardiomiopatiya və s. aiddir. Anadangəlmə mitral çatışmazlıq mitral qapaq taylarının parçalanması, qapağın paraşütəbənzər deformasiyası zamanı müşahidə olunur.

Ağır hallarda ürəkdə cərrahi əməliyyatla qapaq dəyişilir. Qapaqlar təmir edilir və ya protez qapaqla dəyişdirilir. Uyğun xəstələrdə qapaq əməliyyatları döş sümüyü kəsilmədən kiçik kəsiklə icra olunur.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Tez-tez verilən suallar

Mitral qapaq çatışmazlığı yaradan səbəblər nədir?

Kəskin mitral çatışmazlıq miokard infarktı, ürəyin küt travması, infeksion endokardit zamanı mitral qapaq taylarının qopması, məməciyəbənzər əzələlərin, xorda vətərlərinin cırılması nəticəsində inkişaf edə bilər. Miokard infarktı ilə əlaqədar məməciyəbənzər əzələlərin cırılması 80-90% hallarda…

Bu mövzuda həkimə harada müraciət etmək olar?

Dr. Cabir GÜLMALIYEV Bakıda, Liv Bona Dea International Hospital-da (Mehdi Abbasov küç. 2) qəbul edir. Qəbula yazılmaq üçün +994 50 693 53 35 nömrəsinə zəng edin və ya WhatsApp-da yazın.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.