Baş səhifə
Dr. Cabir GÜLMALIYEV — Uzman Ürək-damar cərrahı

Bloq

Minimal invaziv cərrahiyyənin xəstəyə nə kimi faydası var?

Yenilənib
Minimal invaziv cərrahiyyənin xəstəyə nə kimi faydası var?

Qısaca

Minimal invaziv ürək cərrahiyyəsi infeksiya və qanaxma riskinin aşağı olması və daha az qan transfuziyası nəticəsində baş verəbiləcək bir çox fəsadlaşmanın qarşısını almaqdadır. Ənənəvi ürək əməliyyatlarında istifadə olunan ürək ağciyər aparatının fəsadları danılmazdır. Əsasən yaşlı pasiyentlərdə…

Əsas məlumatlar

  • Bölmə: Bloq
  • Həkim: Dr. Cabir GÜLMALIYEV, Uzman Ürək-damar cərrahı
  • Xəstəxana: Liv Bona Dea International Hospital, Mehdi Abbasov küç. 2, Bakı, Azərbaycan
  • Qəbul: +994 50 693 53 35

Minimal invaziv ürək cərrahiyyəsi infeksiya və qanaxma riskinin aşağı olması və daha az qan transfuziyası nəticəsində baş verəbiləcək bir çox fəsadlaşmanın qarşısını almaqdadır.

Ənənəvi ürək əməliyyatlarında istifadə olunan ürək ağciyər aparatının fəsadları danılmazdır. Əsasən yaşlı pasiyentlərdə ürək-ağciyər aparatı böyrəyə, qaraciyərə, ağciyərə, ziyan vura bilir. Ürəyi dayandırıb onu ürək-ağciyər aparatına qoşan zaman sadəcə, ürəkdə yox, digər orqanlarda ciddi problemlər yaranır. Qaraciyər, ağciyər, böyrək çatışmazlığı, insult ortaya çıxır. Standart ürək əməliyyatlarının 100-də 2-də insultla qarşılaşa bilirik. Amma döyünən ürəkdə edilən minimal invaziv əməliyyatlarda isə daha üstün nailiyyətlər əldə etmək mümkün olur.

Döyünən ürəklə icra olunan minimal invaziv ürək əməliyyatları zamanı süni ürəkağciyər aparatı istifadə edilmir, ürək dayandırılmır, əməliyyat olunan sahə dayandırılır və bu şəkildə əməliyyat icra olunur. Əməliyyatdan sonra problemlər daha az görülür və xəstə daha tez bərpa olunur. Qan ehtiyacı da az olur. Bəzən qan köçürmədən də əməliyyatı icra etmək mümkündür.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Tez-tez verilən suallar

Minimal invaziv cərrahiyyənin xəstəyə nə kimi faydası var?

Minimal invaziv ürək cərrahiyyəsi infeksiya və qanaxma riskinin aşağı olması və daha az qan transfuziyası nəticəsində baş verəbiləcək bir çox fəsadlaşmanın qarşısını almaqdadır. Ənənəvi ürək əməliyyatlarında istifadə olunan ürək ağciyər aparatının fəsadları danılmazdır. Əsasən yaşlı pasiyentlərdə…

Bu mövzuda həkimə harada müraciət etmək olar?

Dr. Cabir GÜLMALIYEV Bakıda, Liv Bona Dea International Hospital-da (Mehdi Abbasov küç. 2) qəbul edir. Qəbula yazılmaq üçün +994 50 693 53 35 nömrəsinə zəng edin və ya WhatsApp-da yazın.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.